Sizə müştəriniz ilə
doğru ünsiyyət quraraq onun ehtiyyaclarını
anlamağa və təhlil etməyə imkan verəcək.
Sorğu formaların idarə olunması, unikal link-lərin generasiyası, QR kodun yaranması, hesabatlar və statistik- infoqrafikaların formalaşması admin paneldə həyata keçirilir.
Respondent tərəfindən doldurulan formada suallara cavab növləri rahat və anlaşılan formada əks olunur. Sualların cavab növləri seçiləcək cavabların sayından, qiymətləndirmə şkalasının növündən və s. amillərdən asıllı olaraq fərqli formalarda ola bilər.
HU Reacts xidməti müştərinin daxili sistemi ilə inteqrasiya
olunması üçün interfeys təqdim edir.
• Personal linklərin yaradılması
• Feedback-lərin
sorğulanması
• Hesabatların yüklənməsi
Xidmət keyfiyyətinin artırılması məqsədi ilə müştəri məmnuniyyətinin ölçülməsi və ya hər-hansı sorğuların keçirilməsi üçün formaların yaradılması və kateqoriyalara bölünməsi imkanı yaradılmışdır
Sorğuların aparılması üçün unikal linklərin generasiyası mümkündür. Bu funksional sorğu formalarını yüngülləşdirir və statistikanı daha dəqiq aparmağa imkan verir.
Sorğunun analitik hesabatının aparılması üçün, cavabların Excel formatına ixracı və ya infoqrafika şəklində statistikanın əldə olunması imkanı mövcuddur.
Hu Reacts müştəri məmnuniyyətinin ölçülməsi və ya sorğurların keçirilməsin məqsədilə formaların yaradılması və sorğu formalarına uyğun doldurulmuş cavabların detallı analizi, statistikasına nəzarət etmək imkanı verən platformadır.
Bəli. Hu Reacts sorğusu forması istənilən web mühitdə rahatlıqla əks olunur
Fərdi linklərin istifadəsi ilə bir şəxs bir sorğuya bir dəfə cavab verə bildiyinə görə, hesabat və statistikanız yalnış olmayacaqdır.
Mənfi cavablar barədə məlumat dərhal qeyd etdiyiniz mail ünvana göndəriləcəkdir. Digər bütün növ cavablar ilə isə hesabatda tanış olmaq imkanı mövcuddur.
Üstünlüklər
HU Reacts sorğu formaları...
Sizin korporativ üslubunuza uyğunlaşır
Standart formaların mövcud olmasından əlavə olarağ, Sizin korporativ dizayn qaydalara uyğun formalaşa bilər. Sualın tərtibatı, mövcudluğu və görüntüsünün idarə edilməsi üçün sizə kömək edən alətlər mövcuddur.
İki dildə tərtib oluna bilir
Böyük müştəri kütləsinə uyğunlaşmaq və bütün seqmentlərə əlçatan olmaq üçün sorğu formalarını iki dildə, yəni Azərbaycan və İngilis dilində tərtib etmək olar.
Sizi xəbərdar edir
Müştəri xidməti mənfi dəyərləndirsə və ya şərh edərsə HU Reacts sorğu formaları üzrə məsul şəxslərin elektron ünvanına dərhal məlumat ötürür.
Məmnuniyyət indeksi formalaşdırır
Sorğuların cavablarının sistem tərəfindən avtomatik analizi nəticəsində məmnuniyyət indeksi formalaşır. Beləliklə siz həm müsbət, həm mənfi rəy vermiş müştərilərin sayını bilib, xidmət keyfiyyətinin artırılması üçün lazımlı addımların atılmasını təmin edə biləcəksiniz.